UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda Londonun "Arsenal" klubu "Bavariya"nı qəbul edib. Görüş 2:2 hesabı ilə məhsuldar heç-heçə ilə yekunlaşıb.
Apasport.az xəbər verir ki, “topçular” 2015-ci ildən Almaniya nəhənglərini məğlub edə bilmir.
"Arsenal"ın "Bavariya" üzərində sonuncu qələbəsi 2015-ci ilin oktyabrında Çempionlar Liqasının qrup mərhələsində olub. London klubu 2:0 hesabı ilə qalib gəlib. Daha sonra komandalar 4 oyun keçirib, 3-də "Bayern" qələbə qazanıb, 1 oyun isə heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, "Bavariya" - "Arsenal" cütünün cavab matçı aprelin 17-də Almaniyada keçiriləcək. Qalib komanda yarımfinalda "Mançester Siti" - "Real Madrid" cütünün qalibi ilə qarşılaşacaq.
- Voyislav Stankoviç: “Regekampf bu mövsüm də “Neftçi”də qalsaydı, komanda daha güclü olardı” - Müsahibə
- “Barselona” misirli hücumçu ilə müqaviləni uzadıb
- Azərbaycan 2023-cü ildə cüdoda ilk qızıl medalını qazandı - FOTOLENT
- Voyislav Stankoviç: “Bojoviç “Neftçi”də daha fərqli işlər görə bilər” - Müsahibə
- Avrokuboklarda yeni təqvim – 2023/24 mövsümü