“Arsenal” belçikalı futbolçu ilə müqavilə yeniləyəcək
11.05.2025 - 18:24

“Arsenal” futbolçusu Leandro Trossardın müqaviləsini uzatmaq istəyir.
Apasport.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
İngiltərə klubu 30 yaşlı yarımmüdafiəçinin müqaviləsini 2029-cu ilin yayına kimi artırmaq niyyətindədir.
Xatırladaq ki, “topçular” belçikalı futbolçunu 2023-cü ildə 24 milyon avro qarşılığında “Brayton”dan transfer edib.
Qeyd edək ki, Trossard bu mövsüm London təmsilçisinin heyətində meydana çıxdığı 53 rəsmi matçda 10 qol, 8 assistlə yadda qalıb.
- Qılıncoynadanlarımız Çində keçirilən dünya birinciliyində çıxış ediblər
- Ştuxlikin uzaqlaşdırdığı hakimə AFFA-da iş verildi
- Mahir Emreli: "Nə üçün mübarizə apardığımı hər kəsə göstərdim"
- Azərbaycan güləşçiləri "Asiya Uşaqları" Oyunlarında 3 medal qazanıb
- Azərbaycan çempionatının daha bir matçı təxirə salındı
0
0