"Arsenal" italyan hücumçu ilə maraqlanır
06.01.2025 - 10:29
İngiltərənin "Arsenal" klubu "Atalanta"nın hücumçusu Mateo Reteqi ilə maraqlanır.
Apasport.az xəbər verir ki, Reteqi "topçular"ın baş məşqçisi Mikel Artetanın potensial yeni transferlərindən biridir.
İddialara görə, "Arsenal" italyanı 55 milyon avroya almağı düşünür.
Premyer Liqa təmsilçilərindən “Aston Villa” da italyalı ilə maraqlanır.
Mateo bu mövsüm bütün turnirlərdə 25 matçda 14 qol vurub və 4 məhsuldar ötürmə edib. O, hazırda İtaliya çempionatında "İnter"in futbolçusu Markus Thuramla bombardirlər siyahısında liderdir - hər ikisinin 12 qolu var.
- ABL: VI turun daha bir oyunu keçirilib
- İsmail Kartal ilk matçında "Traktor"u məğlub etdi
- Bakı Olimpiya Stadionu ən yaxşı 50 arena arasındadır
- Bəxtiyar Həsənalızadə: “Təkliflərim var idi, xaricə getmək variantını gözləyirdim” - MÜSAHİBƏ
- ARMPK nümayəndə heyəti Özbəkistan Paralimpiya Komitəsinin qonağı olub - FOTO
0
0