!["Arsenal" Trosar transferini tamamladı](https://apasport.az/storage/news/2023/january/20/big/63cac0d1504c763cac0d1504c8167423201763cac0d1504c263cac0d1504c5.jpg)
"Brayton"un yarımmüdafiəçisi Leandro Trosar "Arsenal"a keçib.
Apasport.az xəbər verir ki, London klubu belçikalı futbolçu ilə uzunmüddətli müqavilə imzaladığını rəsmən açıqlayıb.
"Transfermarkt"ın məlumatına görə, transfer haqqı 24 milyon avro + 7 milyon avro bonus olub. O, yeni klubunda 19 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, 28 yaşlı vinqer 2019-cu ildən "Brayton"da çıxış edirdi. O bu müddətdə 121 oyuna 25 qol və 14 məhsuldar ötürmə ilə yadda qalmışdı. Belçika millisinin heyətində Leandro Trosar 24 oyun keçirib və 5 qol vurub. O, Qətərdə keçirilən dünya çempionatı matçlarında meydana çıxsa da, qol vura bilməyib.