"Arsenal"a 60 milyonluq futbolçu
25.01.2024 - 22:38
“Arsenal” yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirməyə hazırlaşır.
Apasport.az xəbər verir ki, London təmsilçisi “Real Sosyedad”da çıxış edən Martin Zubimendinin transferini yekunlaşdırmaq üzrədir.
"Topçular" 24 yaşlı dayaq yarımmüdafiəçisi üçün La Liqa təmsilçisinə 60 milyon avro ödəyəcək.
Qeyd edək ki, “Real Sosyedad”ın yetirməsi olan Zubimendi bu mövsüm komandanın heyətində meydana çıxdığı 30 matçda 4 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Karateçilərimiz Qran-Pri turnirində medal sıralamasında birinci yeri tutub
- İspaniya millisi baş məşqçi ilə yeni müqavilə imzalayıb
- II Liqa: İki turun oyun cədvəli açıqlanıb
- Renat "Hatayspor"a ciddi problem yaradıb
- Dünya çempionatının nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO
0
0