“Arsenal”da ciddi itki - Mövsümü erkən bitirdi
12.02.2025 - 16:40
“Arsenal”da ciddi itki - Mövsümü erkən bitirdi

"Arsenal"ın heyətində ciddi itki baş verib.

Apasport.az xəbər verir ki, londonluların hücumçusu Kay Haverts zədələnib.

O, komandanın Dubaydakı təlim-məşq toplanışı zamanı dizindən ağır zədə alıb. 

Almaniyalı bu səbəbdən mövsümü erkən bitirib. 

Qeyd edək ki, "Arsenal" Kay Havertsi 2023-cü ilin yayında "Çelsi"dən transfer edib.