"Arsenal" və "Bavariya" Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda qarşı-qarşıya gələcəklər.
Apasport.az xəbər verir ki, "Emirates" stadionunda Almaniyadan gələn azarkeşlər olmayacaq.
Stadiona gələ bilməyən azarkeşlər biletləri “Arsenal” fanlarından almağa başlayıblar. Bu, oyun öncəsi klubların azarkeşləri arasında qarşıdurmalara səbəb olub.
“Arsenal” məsələ ilə bağlı tədbir görüb. Klubdan verilən açıqlamaya görə, futbol həvəskarları rəqib komandanın azarkeşlərinə bilet satdıqları halda mövsüm biletləri əllərindən alınacaq.
Qeyd edək ki, UEFA Münhen klubunun azarkeşlərini davranışına görə cəzalandırmışdı.
- “Qarabağ” rekordunu təkrarladı
- Acun İlıcalı: "Ortada günahkar varsa, biz də buna daxilik"
- Gəncədə AVF-nin “1-ci dərəcə” məşqçi kursu start götürüb
- UEFA Avropa Liqası: “Beşiktaş”dan səfər qələbəsi, “Fənərbaxça” “Mançester Yunayted”lə bərabərə qaldı - YENİLƏNİB
- “Beşiktaş”ın yeni transferinin evinə oğrular girib