“Arsenal”dan getdi
02.09.2023 - 12:33
“Arsenal” daha bir futbolçu ilə yollarını ayırıb.
Apasport.az saytı xəbər verir ki, “topçular”ın müdafiəçisi Rob Holdinq "Kristal Pelas"a keçib.
27 yaşlı ingilis futbolçunun transferi ilə bağlı danışıqlar müsbət yekunlaşıb. Arxa xətt oyunçusu yeni komandası ilə 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Holdinq 2016-cı ildən London klubunun şərəfini qoruyurdu.
- Azərbaycanın sərbəst güləş millisi rekord xalla Avropa çempionu olub
- Samir Abasov: "Neftçi" nə qazanıbsa, mənim vaxtımda qazanıb"
- "Real"dan "Barselona"ya qarşı korrupsiya faktı ilə bağlı açıqlama
- Naqelsmandan 7:1-lik qələbəyə şərh – “Kurasao da futbol oynaya bilir”
- “Trabzonspor”un futbolçusu İsmail Kartalın komandasına gedə bilər
0
0