"Aston Villa"nın hücumçusu “Yuventus”a keçə bilər
09.04.2024 - 15:59
“Yuventus” İngiltərə Premyer Liqa təmsilçisi "Aston Villa"nın hücumçusu Nikolo Zaniolo ilə maraqlanır.
Apasport.az xəbər verir ki, klubun idman direktoru Kriştiano Giuntoli "Napoli"də işlədiyi dövrdə də Zaniolo ilə əlaqə saxlayıb. Mütəxəssis yenidən futbolçu haqqında məlumat toplamağa başlayıb.
Xatırladaq ki, Zaniolo ötən ilin yayında Super Liqa təmsilçisi “Qalatasaray”dan icarə əsasında "Aston Villa”ya keçib.
Qeyd edək ki, Nikolo Premyer Liqanın cari mövsümündə iştirak etdiyi 23 qarşılaşmada 2 qol vurub.
- “Dortmund” “Leypsiq” səfərindən əliboş qayıdır
- VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi başa çatıb - FOTO
- “Qarabağ” – “Neftçi” oyununun hakimləri açıqlandı
- Jozef Blatter və Mişel Platiniyə korrupsiya işi üzrə bəraət verildi
- “Zirə”nin legioneri: “Premyer Liqada bizdən stabil komanda yoxdur” - Müsahibə
0
0