“Atletiko” “Arsenal”ı UEFA-ya şikayət edib
21.10.2025 - 10:45
“Atletiko” “Arsenal”ı UEFA-ya şikayət edib

“Atletiko” Çempionlar Liqasında “Arsenal”la oyun ərəfəsində UEFA-ya şikayət göndərib.

Apasport.az xəbər verir ki, bu barədə “El İmparcial” nəşri məlumat yayıb.

“Atletiko”nun futbolçuları Londonda məşq bazasında duşdan istifadə edə bilməyib. Buna səbəb isti suyun olmamasıdır. “Atletiko” bununla bağlı “Arsenal”ı UEFA-ya şikayət edib.

“Arsenal” bu gün “Atletiko”nu qəbul edəcək. Matça saat 23:00-da start veriləcək.