“Şamaxı”nın qış təlim-məşq toplanışının vaxtı və yeri bəlli olub.
Klubdan apasport.az saytına verilən məlumata görə, bölgə təmsilçisi hazırlığa yanvarın 3-ü start verəcək.
Toplanışın ikinci mərhələsi üçün “Şamaxı” yanvarın 8-də Antalyaya yollanacaq və “Kamilya Selin” otelində məskunlaşıb yanvarın 19-na kimi məşqlərini orada davam etdirəcək.
Qış təlim-məşq toplanışında 4 yoxlama oyununun keçirilməsi planlaşdırılıb. İlk oyunun yanvarın 11-də Qazaxıstan yüksək liqa təmsilçisi "Kaysar"la keçirilməsi razılaşdırılıb.
Digər 3 oyunun keçirilmə tarixi və rəqiblərin dəqiqləşdirilməsi ilə əlaqədar danışıqlar davam etdirilir.
- “Napoli”nin hücumçusu: “Atam Azərbaycanda çox yaxşı futbolçu idi”
- Nurəddin Rəcəbov: “Bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”
- "Qəbələ"nin qapıçısı: “Qarabağ”dan ehtiyat etmirdik"
- Taekvondoçularımız açıq Niderland çempionatında mübarizə aparacaq
- Stolüstü tennisçilərimizdən 4 medal