Kriştiano Ronaldo ən yaxşı seçildi
01.04.2024 - 16:18
![Kriştiano Ronaldo ən yaxşı seçildi](https://apasport.az/storage/news/2024/april/01/big/660aa54a194bb660aa54a194bc1711973706660aa54a194b8660aa54a194ba.jpeg)
Səudiyyə Ərəbistanı çempionatında mart ayının ən yaxşı oyunçusu müəyyənləşib.
Apasport.az xəbər verir ki, başa çatan ayın ən yaxşısı adına "Əl-Nəssr"in hücumçusu Kriştiano Ronaldo layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
39 yaşlı futbolçu mart ayında ölkə çempionatında meydana çıxdığı 5 matçda 5 qol vurub.
0
0