“Atletiko” “Barselona”ya qiymət “oxudu”
07.12.2023 - 16:31
“Barselona” Joao Feliksin transferində çətinliklə üzləşib.
Apasport.az xəbər verir ki, buna futbolçunun məxsus olduğu Madrid “Atletiko”sunun istədiyi məbləğ səbəb olub.
Belə ki, paytaxt klubu 24 yaşlı portuqaliyalını 80 milyon avrodan aşağı qiymətə satmaq istəmir. Hazırda maliyyə çətinliyi yaşayan kataloniyalılar isə hücumçu üçün 30-40 milyon avrodan artıq ödəmək gücündə olmadıqlarını bildiriblər.
Qeyd edək ki, Feliks cari mövsüm "Barselona"nın heyətində bütün yarışlarda 17 oyun keçirib, 5 qol vurub və 3 məhsuldar ötürmə edib.
- Şeşko karyerasını Premyer Liqada davam etdirə bilər
- “Siti” “Milan”ın yarımmüdafiəçisi ilə maraqlanır
- Əvəzedicilərin yarışında daha 2 turun oyun cədvəli MÜƏYYƏNLƏŞDİ
- “Qızıl top”un mükafatlandırma mərasiminin tarixi açıqlandı
- Rəşad Sadıqov: "Çalışdıq ki, oyunboyu ona dəstək olaq, çox təzyiq göstərməyək"
0
0