“Atletiko” Xulian Alvarezlə bağlı “Barselona”nın davranışından narazıdır.
Apasport.az xəbər verir ki, Madrid klubu Kataloniya təmsilçisinin argentinalı hücumçu və onun ətrafı ilə bağlı addımlarına görə şikayət imkanını nəzərdən keçirir.
“Atletiko” “Barselona”nın Alvarezə marağını davam etdirməsi halında hüquqi addımlar ata bilər. Madrid təmsilçisi futbolçunu Kataloniya klubuna satmaq niyyətində deyil.
Alvarez daha əvvəl “Atletiko”dan ayrılmaq istədiyini bildirib: “Bu, hamı üçün daha yaxşı olacaq. Klubdakı insanlarla artıq bunu müzakirə etmişəm. Arzumu reallaşdırmaq istəyirəm”.
“Marca”nın məlumatına görə, “Atletiko” futbolçunun açıqlama vermək istəyindən xəbərdar olub. Lakin klubda Alvarezin “arzu” deyərkən nəyi nəzərdə tutduğunu anlamırlar.
Madrid təmsilçisi “Barselona”nın aktivliyini davam etdirməsi halında futbolçunun yalnız müqaviləsindəki 500 milyon avroluq buraxılış məbləği qarşılığında gedə biləcəyini bildirir.
Qeyd edək ki, Xulian Alvarez 2024-cü ildə “Mançester Siti”dən “Atletiko”ya keçib.
- Millinin təlim-məşq toplanışında iştirak edəcək futbolçular bəlli oldu
- Qətərə 30-cu bilet kimin olacaq?
- Bakıda keçiriləcək SportAccord Konvensiyasının yeni tarixi açıqlanıb
- Cesse Sekidika: "Neftçi"dən "Qalatasaray"a, "Cimbom"dan "Sabah"a
- "Araz-Naxçıvan"-"Zirə" qarşılaşmasının stadionu yenidən dəyişdirildi