“Atletiko”dan tarixi qələbə
13.01.2025 - 15:39
![“Atletiko”dan tarixi qələbə](https://apasport.az/storage/news/2025/january/13/big/6784fc0faa4ac6784fc0faa4ad17367685276784fc0faa4aa6784fc0faa4ab.jpg)
“Atletiko” İspaniya La Liqasının XIX turunda “Osasuna”nı məğlub edib – 1:0.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi bununla da ardıcıl 14-cü oyunu qələbə ilə başa vurub. Bu, klub tarixinin rekord göstəricisidir.
“Atletiko” daha əvvəl 2012/13 mövsümündə ardıcıl 13 qələbəyə sevinib.
Madridlilər 19 turdan sonra 44 xalla La Liqada birinci sırada qərarlaşıb.
0
0