AVRO-2028-in final mərhələsinin keçiriləcəyi stadionlar bəlli olub.
Apasport.az saytı xəbər verir ki, Böyük Britaniyada təşkil olunacaq turnirin oyunları 10 arenada baş tutacaq.
Stadionların altısı İngiltərədə, digərləri isə Uels, Şotlandiya, İrlandiya və Şimali İrlandiyada yerləşir. “Mançester Yunayted”, “Liverpul”, “Arsenal”, “Reyncers” kimi klubların arenalarında Avropa çempionatı oyunları keçirilməyəcək.
Stadionların siyahısı
“Uembli” (London, İngiltərə).
Milli stadion (Kardiff, Uels).
“Tottenhem Hotspur” stadionu (London, İngiltərə).
“Siti Of Mançester” stadionu (Mançester, İngiltərə) (yenidənqurma)
“Everton”un yeni stadionu (Liverpul, İngiltərə).
“Sen Ceyms Park” stadionu (Nyukasl, İngiltərə).
“Villa Park” (Birmingem, İngiltərə) (yenidənqurma).
“Hempden Park” stadionu (Qlazqo, Şotlandiya).
“Dublin Arena” stadionu (Dublin, İrlandiya).
“Keysment Park” stadionu (Belfast, Şimali İrlandiya) (yenidənqurma).
- "İnter" ispaniyalı qolkiperlə müqavilə imzalayacaq
- Ange Mutsinzi: “Osiyek”ə qarşı cavab oyunu asan olmadı" - Müsahibə
- Basketbol Liqasında mükafatçılar müəyyənləşib
- Emin İmaməliyev: "Qarabağ”ın hücumçuya ehtiyacı varsa, onlar bunu reallaşdıracaq"
- Azərbaycan yelkənçiləri Sloveniyada beynəlxalq turnirdə iştirak ediblər