Avropa çempionu millidəki karyerasını başa vurub
29.08.2024 - 16:31
![Avropa çempionu millidəki karyerasını başa vurub](https://apasport.az/storage/news/2024/august/29/big/66d0677befb6766d0677befb68172493401166d0677befb6566d0677befb66.jpg)
Müdafiəçi Xesus Navas İspaniya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı futbolçu beynəlxalq səviyyədə çıxışını dayandırmaq qərarına gəlib.
Navas İspaniya millisinin heyətində 56 oyun keçirib, 5 qol vurub və 10 məhsuldar ötürmə edib. O, bu yay İspaniya millisinin heyətində Avropa çempionatında çıxış edib. Finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edən ispanlar turnirin qalibi olublar.
Xesus Navas hazırda “Sevilya”da çıxış edir. Futbolçunun klubla hazırkı müqaviləsi 2024-cü ilin sonuna qədərdir.
0
0