Avropa nəhənginin maliyyə hesabatları araşdırılır
30.11.2022 - 11:41
![Avropa nəhənginin maliyyə hesabatları araşdırılır](https://apasport.az/storage/news/2022/november/30/big/6387094b0dbfc6387094b0dbfd16697941236387094b0dbf86387094b0dbfa.webp)
İtaliya Futbol Federasiyası (FIGC) “Yuventus”un maliyyə hesabatlarını ört-basdır etməsi ilə bağlı iddiaları araşdırır.
Apasport.az saytının məlumatına görə, Turin klubu 2020 və 2021-ci illərdə futbolçuların real gəlirlərini gizlətməkdə ittiham olunur.
“Yuventus”un direktorlar şurasının, o cümlədən prezident Andrea Anyelli və vitse-prezident Pavel Nedvedin istefasından sonra qurum araşdırmaya start verib.
Qeyd edək ki, Andrea Anyelli 2010-cu ildən bu aya qədər “Yuventus”a rəhbərlik edib.
0
0