Avropa nəhəngləri PSJ-nin qapıçısını istəyir
12.12.2024 - 11:33
PSJ-nin əsas qapıçısı Canluici Donnarumma komandada özünü narahat hiss edir.
Apasport.az xarici KİV-ə istinadən xəbər verir ki, parislilər 2024/2025 mövsümünün sonunda italiyalı futbolçu ilə yollarını ayıracaq.
Donnarumma karyerasını İtaliya və ya İspaniya çempionatında davam etdirməyə üstünlük verir. O, “Yuventus”a keçməyə üstünlük verir. Bundan əlavə, “Atletiko” və “Barselona” italiyalı qapıçının xidmətində maraqlıdır.
Donnarummanın PSJ ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
- Qadın cüdoçularımız Yaponiyada təlim-məşq toplanışına qatılıblar
- “Turan Tovuz”un futbolçularına danışılmış oyunlarla bağlı seminar keçirilib
- Nazim Əliyev: "Neftçi" ümumilikdə bu mövsüm çox çətinlik çəkdi"
- “Samsunspor” Tomas Raysla bağlı qərarını verib - Daha 2 il
- Millimiz FIFA reytinqində bir pillə irəliləyib
0
0