“Ayaks”dan yeni transfer - RƏSMİ
08.08.2025 - 23:42

"Ayaks" heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, klub Münhenqladbax "Borussiya"sının müdafiəçisi Ko İtakuranı rənglərinə bağlayıb.
Bunu Niderland təmsilçisinin mətbuat xidməti açıqlayıb.
28 yaşlı yapon futbolçu ilə 2029-cu ilin yayına qədər müqavilə imzalanıb.
Keçid 10,5 milyon avroya baş tutub.
Qeyd edək ki, İtakura 2024/25 mövsümündə "Borussiya"nın heyətində 33 oyun keçirib və 4 qol vurub.
0
0