Balotelli İtaliyaya qayıda bilər
08.10.2024 - 11:56
![Balotelli İtaliyaya qayıda bilər](https://apasport.az/storage/news/2024/october/08/big/6704e6b33fa2f6704e6b33fa3017283744516704e6b33fa2d6704e6b33fa2e.jpg)
“Mançester Siti”nin və “Milan”ın keçmiş hücumçusu Mario Balotelli İtaliya A Seriyasına qayıda bilər.
Apasport.az "Tuttosport"a istinadla xəbər verir ki, “Torino” italiyalı forvardla maraqlanır.
“Torino” zədəli Duvan Sapatanın əvəzinə Balotellini nəzərdən keçirir. O, Turin klubuna azad agent kimi keçə bilər.
Qeyd edək ki, 34 yaşlı hücumçunun son iş yeri ötən yay tərk etdiyi Türkiyənin “Adana Dəmirspor” klubu olub. İtalyanın transfer dəyəri 650 min avro olaraq qiymətləndirilir.
- ALT və ÜST gələcək oyunlar - KUPON
- Voyislav Stankoviç: "Neftçi" yaxşı futbolçunu asanlıqla buraxır" - Müsahibə
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- Qazaxıstan - Azərbaycan oyununda macar hakimlər
- İlin ilk reytinqi açıqlandı: Liderlər mövqeyini qorudu
0
0