Kataloniya "Barselona"sı İngiltərə Premyer Liqasının hücumçusu ilə maraqlanır.
Apasport.az “Todofichajes” portalına istinadla xəbər verir ki, “blauqrana” hücum xəttini “Mançester Yunayted”in forvardı Alexandro Qarnaço ilə gücləndirmək istəyir.
20 yaşlı argentinalı futbolçunun qiyməti hazırda 50 milyon avro olaraq qiymətləndirilir.
Qarnaçonun “qırmızı şeytanlar”la hazırkı müqaviləsi 2028-ci ilin iyun ayının sonuna qədərdir.
İngiltərə Premyer Liqasının bu mövsümündə Qarnaço 6 oyun keçirib. Hücumçu 1 qol vurub, 1 məhsuldar ötürmə edib. La Liqanın 8 turunun nəticələrinə əsasən, “Barselona” turnir cədvəlində liderdir.
- Hüseyn Məhəmmədov: "Avstriyadan rahat şəkildə xal götürəcəyik" - MÜSAHİBƏ
- WADA Rusiyaya səfəri təxirə saldı
- Qurban Qurbanov: "Böyümək üçün "Bayer"ə qarşı çəkinmədən mübarizə aparmalıyıq"
- Yamal Ronaldonu gözləyir - Avstriya ilə matçın ən yaxşısı seçildi
- Hüseyn Məhəmmədov: “Mərhələ adlamaq üçün əlverişli imkandır”