"Barselona" məşhur forvardını satacaq
26.03.2024 - 16:51
"Barselona"nın maliyyə vəziyyəti ürəkaçan deyil.
Apasport.az "Goal" portalına istinadla xəbər verir ki, Kataloniya klubu gələn yay oyunçu satışlarından pul qazanmağı planlaşdırır.
Beləliklə, "Barselona" hücumçu Ansu Fatini satmaq qərarına gəlib.
21 yaşlı futbolçu hazırda İngiltərənin "Brayton" klubunda icarə əsasında çıxış edir. "Qağayılar" üçün 23 matçda Ansu 4 qol vurub və 1 məhsuldar ötürmə edib. "Transfermarkt" portalı oyunçunun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
- Messiyə Səudiyyə Ərəbistanından 400 milyonluq təklif
- “Viktoriya”nın futbolçusu: “O vaxt bəxt sayəsində qələbə qazanmışdıq”
- DÇ-2022: Avstraliya millisində dəyişiklik
- Branimir Subaşiç: “Azərbaycan millisi Belçika ilə görüşdə daha çoxuna layiq idi” - MÜSAHİBƏ
- “Qarabağ”dan 9-cu start: Y/Q və ALT gözləntisi
0
0