“Barselona” tarixində üçüncü
09.11.2022 - 10:49
“Barselona” La Liqada tarixinin üçüncü uğurlu startını təkrarlayıb.
Apasport.az saytının məlumatına görə, Xavinin yetirmələri 14 turda 37 xal toplayıb.
Kataloniya təmsilçisi yalnız iki dəfə bu qədər matçda daha çox xal yığıb. 2012/13 və 2013/14 mövsümlərində “Barselona” 14 turda 13 qələbə və 1 heç-heçə ilə 40 xal toplamağa nail olub. Komandanın azarkeşləri 2010/11 mövsümündə isə indiki kimi 37 xala sevinib.
Qeyd edək ki, Barselonanın eyniadlı təmsilçisi XIV turda azlıqda qaldığı oyunda “Osasuna” üzərində 2:1 hesablı əzmkar qələbə qazanıb.
- “Beşiktaş”ın yeni transferinin evinə oğrular girib
- “Təhsil” ardıcıl ikinci dəfə Azərbaycan çempionu oldu - FOTOLENT
- Mourinyonun təklifi rədd edildi
- İrəvanda mükafat qazanan idmançı: “Ermənistanda İstiqlal marşını oxutduraraq onlara ən gözəl cavabı verdik”
- “Kəpəz”in kapitanı: “Adil Şükürovun gəlişi ilə daha yaxşı oynamağa başlamışıq” - Müsahibə
0
0