"Barselona" ulduzuna qovuşur
11.04.2025 - 14:39

"Barselona"nın yarımmüdafiəçisi Dani Olmonun meydana qayıdacağı tarix müəyyənləşib.
Apasport.az "Diario Sport"a istinadla xəbər verir ki, yarımmüdafiəçi hazırda zədəsini sağaltma ərəfəsindədir.
Lakin "Barselona" əsas futbolçularından olan Olmonun sağlamlığı ilə bağlı risk etmək istəmir. Bu səbəbdən aprelin 26-da keçiriləcək Kral Kubokunun finalına qədər Dani matçları buraxacaq.
O, bu mövsüm bütün turnirlərdə 28 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Barselona” İspaniya kubokunun finalına qədər 4 oyun keçirəcək.
- "Zirə" - "Omoniya" matçının biletləri bu gün satışa çıxarılacaq
- "Qarabağ" klubu haqqında filmin çəkilişləri başa çatıb
- Millimizin ikinci qrupu Bakıda toplanış keçəcək
- “Mançester Yunayted” və “Çelsi” minimal fərqlə qazandılar
- Azərbaycanın daha 4 boksçusu Bakıdakı beynəlxalq turnirin finalına vəsiqə qazanıb
0
0