"Barselona"da ciddi itki
21.01.2025 - 17:19
"Barselona"nın yarımmüdafiəçisi Daniel Olmo zədələnib.
Apasport.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
26 yaşlı futbolçu La Liqanın 20-ci turunda "Xetafe" ilə matçda (1:1) sıradan çıxıb. Danielin ən az 10 gün yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.
Beləliklə, Olmo Çempionlar Liqasında bu gün "Benfika"ya qarşı keçiriləcək oyunu buraxacaq.
Qeyd edək ki, cari mövsümdə Olmo 18 oyun keçirib, 6 qol vurub və 3 qolun ötürməsini verib.
- Nurəddin Rəcəbov: “Bu uşaqlardan olimpiya medalçıları, hətta çempionu da olacaq”
- Avropa çempionatında yığmamızın ən reytinqli şahmatçısı Rauf Məmmədov olacaq
- İvan Rakitiç: "Xorvatiyanı televizordan izləmək çətindir"
- Millimizin rəqibləri bəlli oldu
- Avropa çempionatı: Millimizin oyunlarının təqvimi açıqlanıb
0
0