"Barselona"da zədə şoku
31.01.2024 - 00:29
"Barselona" azarkeşlərinə bəd xəbərimiz var.
Apasport.az xəbər verir ki, komandanın mətbuat xidməti hücumçu Joao Feliksin zədələndiyini bildirib.
24 yaşlı portuqaliyalı məşq zamanı zədələnib. Ona sağ ayaq biləyinin əzilməsi diaqnozu qoyulub. Feliksin nə vaxt meydana qayıdacağı təkrar müayinədən sonra dəqiqləşəcək.
Qeyd edək ki, bu mövsüm 28 matçda iştirak edən Feliks 7 qol və 5 məhsuldar ötürməyə sahibdir.
- III MDB Oyunları: Azərbaycanın 5 boksçusu finalda
- "Bavariya" Fransalı müdafiəçi ilə bağlı qərarını verdi - MÜQAVİLƏSİ UZADILDI
- AFFA media nümayəndələri ilə görüş keçirəcək
- "Beşiktaş" "Fənərbaxça" ilə anlaşdı: Cengiz Ünderin müqavilə detalları
- Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını ləğv edib
0
0