“Barselona”dab ayrılacaq? - İngiltərə klublarının radarında
25.08.2026 - 17:41
“Barselona”dab ayrılacaq? - İngiltərə klublarının radarında

“Barselona”nın yarımmüdafiəçisi Mark Kasado karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Apasport.az xəbər verir ki, “Sanderlend” 22 yaşlı futbolçunun transferi üçün danışıqlar aparır.

Bu barədə “The Guardian” məlumat yayıb.

Mənbənin məlumatına görə, Kasado baş məşqçi Hans-Diter Flikin planlarına daxil deyil və son həftələrdə komanda ilə ayrı məşq edir. “Barselona” futbolçu üçün 30-40 milyon avro tələb edir.

Həmçinin “Nottingem Forest”, “Aston Villa”, “Nyukasl” və “Brayton” da Kasado ilə maraqlanan klublar sırasındadır.

Səudiyyə Ərəbistanından təkliflər alan Kasadonun isə karyerasını Avropada davam etdirmək istədiyi bildirilir.