Azərbaycan Atıcılıq Federasiyası (AAF) və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən stend atıcılığı üzrə ölkə kubokunun qalibləri müəyyənləşib.
Apasport.az xəbər verir ki, bunu federasiyanın mətbuat xidməti açıqlayıb.
Yarışda ölkənin müxtəlif bölgələrini təmsil edən idmançılar stend atıcılığının səngər və dairəvi növləri üzrə böyüklər və U-21 kateqoriyalarında qüvvələrini sınayıblar.
Ümumi kateqoriya
Səngər stendi
1. Ramil Rüstəmzadə
2. Mürtəza Novruzlu
3. Tamerlan Məmmədov
Dairəvi stend
1. Riqina Meftahətdinova
2. Niyaz Ağazadə
3. Fuad Qurbanov
U-21
Səngər stendi
1. Mürtəza Novruzlu
2. Cəlal Məmmədov
3. Nərmin Cəfərova
Dairəvi stend
1. Məhəmməd Teyublu
2. İslam Əjdərov
3. Aslan Qurbanov
Qeyd edək ki, Azərbaycan Kuboku Bakı Atıcılıq Mərkəzində təşkil olunub.
- Sautqeyt Premyer Liqa klubunu çalışdıra bilər
- Çempionlar Liqasında 1/8 final cütlükləri dəqiqləşdi - YENİLƏNİB
- Kazemiro Messi ilə bir komandada - "İnter Mayami" transferi bitirdi
- “Sumqayıt”ın baş məşqçisi: “Sıx və uyğunsuz qrafiklə üzləşmişik”
- Güləşçisimiz Avropa çempionatında buna görə uğursuz çıxış edib