“Liverpul”a gəlir
05.06.2023 - 18:08
İngiltərədə “Liverpul” heyətini yeni futbolçu ilə gücləndirir.
Apasport.az saytı xəbər verir ki, yarımmüdafiəçi Aleksis Makallister "Brayton"dan Liverpul təmsilçisinə qoşulur.
Tərəflərin razılığa gəldiyi, 24 yaşlı futbolçunun "qırmızılar"la 2028-ci ilə qədər müqavilə imzalayacağı bildirilir. Transfer qiyməti 60 milyon funt-sterlinqdən çox olmayacaq. Argentinalı yaxın günlərdə yeni komandasında tibbi müayinədən keçəcək.
Qeyd edək ki, son mövsümdə 40 matçda iştirak edən Makallister 12 qol və 3 assistlə yadda qalıb.
- Azərbaycan nümayəndələri Etnosport Forumunda iştirak ediblər
- Azərbaycan birinciliyinin final oyunlarının vaxtı müəyyənləşib
- "Sumqayıt" - "Fehervar" matçına 3300 bilet satılıb
- Lisenziya Komissiyası "Qəbələ", "İmişli" və "Karvan" barədə qərar verdi - Yeni mövsümdə...
- Mahir Emrelinin “Konyaspor”a keçidi rəsmiləşdi
0
0