"Barselona"dan gözlənilməz məğlubiyyət
16.12.2024 - 11:15
!["Barselona"dan gözlənilməz məğlubiyyət](https://apasport.az/storage/news/2024/december/16/big/675fc4401f4de675fc4401f4df1734329408675fc4401f4db675fc4401f4dd.jpg)
"Barselona" La Liqanın 17-ci turunda "Leqanes"i qəbul edib.
Apasport.az xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə "Leqanes"in xeyrinə başa çatıb.
Matçın yeganə qolunu 4-cü dəqiqədə "Leqanes"in futbolçusu Serxio Qonzales vurub.
Bu nəticə ilə 18 matçda 38 xalla qalan Kataloniya klubu liqada daha az matç keçirən Madrid komandaları qarşısında üstünlüyünü itirib.
1 oyun az keçirən “Atletiko Madrid” 38 xalla ikinci pillədə qərarlaşıb. "Real Madrid" isə 37 xalla 3-cü sırada möhkəmlənib.
Qeyd edək ki, "Barselona" La Liqanın 18-ci həftəsində Atletiko Madrid"i qəbul edəcək.
0
0