“Barselona”dan Puç qərarı
01.08.2022 - 23:17
“Barselona” rəhbərliyi yarımmüdafiəçi Riki Puçla müqaviləni uzatmağa qərar verib.
Apasport.az saytının məlumatına görə, 22 yaşlı futbolçunun anlaşması daha iki illik uzadılacaq.
Rikinin indiki sözləşməsi 2023-cü ilin yayında başa çatacaq. Onun çıxışından razı qalan klub rəhbərliyi bu müddəti uzatmağı məqsədəuyğun sayıb.
Puç bir neçə klubun da maraq dairəsindədir. “Benfika”, “Fulhem”, “Fiorentina” və “Los-Anceles Qalaksi” onu heyətində görmək istəyir.
Qeyd edək ki, Riki ötən mövsümün 15 matçında 1 qol vurub.
- “Qarabağ”ın kubok oyununun biletləri satışda
- “Zirə”nin müdafiəçisi: “Qarabağ”a qarşı oynamaq o qədər də çətin deyil” - Müsahibə
- Cahangir Fərəcullayev: “Bizim komanda qarşısında tələbimiz yoxdur”
- Mərakeşin məğlubiyyətsizlik seriyası qırıldı - 42 oyundan sonra
- Azərbaycan gimnastı Dünya Kubokunda finala yüksəlib
0
0