“Barselona”nın Rabyo planı
25.10.2022 - 00:00
“Yuventus”un futbolçusu Adrien Rabyo karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Barselona”nın maraq dairəsinə düşüb.
La Liqa klubu müqaviləsi mövsümün sonunda başa çatacaq Rabyonu azad agent kimi heyətinə qatmağı planlaşdırır. Xavi yarımmüdafiə xəttini yeniləmək istəyir və fransalı onun namizədlər siyahısındadır.
Qeyd edək ki, yarımmüdafiəçiyə “Mançester Yunayted” də maraq göstərir.
- Qurban Qurbanov: "Onlar qalib gəlibsə, demək bizdən üstün idilər"
- Benzema mövsümün ən yaxşısı seçildi
- APA Jurnalist Məktəbi növbəti təlim kursuna start verib - FOTO
- Akrobatika və aerobika gimnastikası üzrə ölkə çempionatı keçiriləcək
- Acunun komandası “fənər”in heyətdən uzaqlaşdırdığı futbolçunu istəyir
0
0