"Barselona"nın təxirə salınmış matçının tarixi bəlli oldu
17.03.2025 - 19:22
"Barselona" - "Osasuna" matçının tarixi bəlli olub.
Apasport.az xəbər verir ki, bunu İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.
XXVII turun təxirə salınmış oyunu martın 27-də keçiriləcək.
Xatırladaq ki, görüş martın 8-də reallaşmalı idi. Lakin kataloniyalıların həkimi Karles Minyaro Qarsiyanın vəfat etməsi səbəbindən oyun təxirə salınıb.
Qeyd edək ki, "Barselona" 60 xalla turnir cədvəlinə başçılıq edir.
- Millimizin voleybolçusu: "Səhvlər həlledici anlarda qələbə qazanmağımıza mane oldu"
- U-21 millimiz Lüksemburq səfərində
- “Turan Tovuz”un üzvü 100-ə çatdı
- Ali Koçun tarixi bonus qərarı: ÇL-də əsas mərhələyə qalacaqları təqdirdə komandaya 3 milyon avro veriləcək
- Murad Musayev: “Azərbaycana Rusiyadan futbolçu gətirmək çətindir”
0
0