Baş məşqçi açıqladı: “Ronaldo qayıtmayacaq”
26.10.2022 - 13:19
![Baş məşqçi açıqladı: “Ronaldo qayıtmayacaq”](https://apasport.az/storage/news/2022/october/26/big/6358fbb3bd1716358fbb3bd17216667759876358fbb3bd16e6358fbb3bd170.jpg)
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo yetirməsi olduğu “Sportinq”ə qayıtmayacaq.
Apasport.az saytının məlumatına görə, bunu Portuqaliya klubunun baş məşqçisi Ruben Amorim açıqlayıb.
O bildirib ki, 37 yaşlı superulduzun qış fasiləsində və ya mövsümün sonunda komandaya dönüşünün mümkün olmadığını bildirib. Amorim bu imtinanın səbəbi kimi maliyyə durumunu göstərib: “Sportinq”də hamı Kriştianonun qayıtmasını xəyal edə bilər. Ancaq onun maaşını verməyə pulumuz yoxdur”.
Qeyd edək ki, Kriştiano Ronaldo 2002/03 mövsümündə “Sportinq”in əsas komandasında çıxış edib.
0
0