Batistuta “Fiorentina” xəyalında
24.09.2022 - 17:58
![Batistuta “Fiorentina” xəyalında](https://apasport.az/storage/news/2022/september/24/big/632effdad1a87632effdad1a881664024538632effdad1a84632effdad1a86.jpeg)
Qabriel Batistuta əfsanəsi olduğu “Fiorentina”ya qayıtmaq arzusundadır.
Apasport.az saytının məlumatına görə, bunu Argentina millisinin sabiq futbolçusunun özü açıqlayıb.
O bildirib ki, vaxtilə şərəfini qoruduğu İtaliya klubunu çalışdırmaq istəyir: “Özümü məşqçiliyə hazır hiss edirəm. Oxumuşa və təkmilləşmişəm. “Fiorentina”da çalışmaq mənim xaəyalımdır. Florensiya öz evimdir”.
Qeyd edək ki, Batistuta 1991-2000-ci illərdə “Fiorentina”da çıxış edib.
0
0