"Bavariya" 19 yaşlı futbolçu transfer edib
21.01.2025 - 16:55

Bundesliqa nəhənglərindən "Bavariya" komandaya yeni oyunçu cəlb edib.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Münhen təmsilçisi "Hoffenhaym"ın 19 yaşlı futbolçusu Tom Bişovu heyətinə qatıb.
Almaniyalı yarımmüdafiəçi ilə 2029-cu ilin iyununa qədər sözləşmə imzalanıb. Ancaq futbolçu mövsümün sonuna qədər "Hoffenhaym"da çıxış edəcək.
Qeyd edək ki, Tom Bişov "Hoffenhaym"da bu mövsüm 24 oyuna 2 qol vurub, 3 qol ötürməsi edib.
- Ayxan Abbasov: "Top bizdə olanda dərhal saxlanılır, ancaq rəqibdə olanda belə qərar yox idi"
- “Nant” 3 xalı 3 qolla qazandı
- Qətərdə Nurməhəmmədova jest - FOTOLENT
- Yalnız Azərbaycanda: Oyun zamanı stadionun dam örtüyü yenilənir - VİDEO
- Azər Bağırov "Araz Naxçıvan" üçün "Qarabağ" sistemini seçdi - MÜSAHİBƏ
0
0