Belçika millisinin və "Everton"un yarımmüdafiəçisi Amadu Onana karyerasını Almaniya çempionatında davam etdirə bilər.
Apasport.az “The Telegraph” saytına istinadən xəbər verir ki, "Bavariya" belçikalını heyətinə qatmaqda maraqlıdır.
Mənbənin məlumatına görə, Almaniyanın top-klubunun rəhbərliyi bu yay futbolçunun transferini təşkil etmək istəyir.
"Transfermarkt" portalı oyunçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirir.
Xatırladaq ki, Onana ilə “Everton” arasındakı müqavilə 2027-ci ilin yayında başa çatır. 22 yaşlı yarımmüdafiəçi İngiltərə çempionatının bu mövsümündə 22 matçda iştirak edib, 2 qol vurub.
- "Qarabağ" ölkə kubokunun finalında - YENİLƏNİB
- 3 taekvondoçumuz dünya çempionatı ilə vidalaşdı - YENİLƏNİB
- Cüdoçularımızın Paris olimpiadasındakı proqramı müəyyənləşib
- Cavadov: "Sosial şəbəkələrdə bizə irad bildirən azarkeşlər gəlib stadionu doldursunlar"
- Azərbaycanlı taekvondo hakimi Niderlandda fərqləndirilib