"Bavariya" heyətində ciddi dəyişiklik edəcək
21.02.2024 - 13:58
"Bavariya" heyətində ciddi təmizləmə aparmağı planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə "AS" məlumat yayıb.
Mənbənin sözlərinə görə, komandada toxunulmaz sayılan cəmi 4 futbolçu var. Söhbət qapıçı Manuel Noyer, cinah müdafiəçisi Camal Musial, eləcə də hücumçular Tomas Müller və Harri Keyndən gedir.
Ardıcıl 3 məğlubiyyətlə üzləşən "Bavariya"nın baş məşqçisi Tomas Tuxelin mümkün qovulması ilə bağlı söz-söhbətlər yayılıb.
Qeyd edək ki, Almaniya çempionatında Münhen təmsilçisi lider "Bayer"dən 8 xal geri qalaraq ikinci yeri tutur.
- "Neftçi"nin Konfrans Liqasının pley-offunda potensial rəqibləri azaldı: 4 variant
- “Qarabağ”ın rəqibi futbolçusu ilə yollarını ayırıb
- “Neftçi”nin oyununa bilet satışı başladı
- MPL: III turun təyinatları açıqlanıb
- Rəhim Həsənov mübahisəli epizodları dəyərləndirdi – Hakimlərin qərarlarını doğru saydı - VİDEO
0
0