“Bavariya” müdafiəçisini 20 milyona satır
16.08.2022 - 22:06
“Bavariya”nın futbolçusu Tanqi Nyanzu karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 20 yaşlı müdafiəçinin xidmətində “Sevilya” maraqlıdır.
La Liqa təmsilçisi futbolçunun özü ilə razılıq əldə edib. Sevilyanın eyniadlı klubu hazırda “Bavariya” ilə danışıqları yekunlaşdırmağa yaxındır.
Münhen təmsilçisi bu keçiddən 20 milyon avro əldə etməyi planlaşdırır. 2020-ci ilin yayında azad agent kimi Almaniya klubuna qoşulan futbolçu bunadək PSJ-də forma geyinib.
Qeyd edək ki, “Bavariya”da 28 matça çıxan Tanqi 1 qol vurub.
- Rəşad Sadıqov Türkiyə klubunun rəmzi komandasında - FOTO
- AFFA Hakimlər Komitəsinin sədri “Qalatasaray”ın matçında
- Potter imtina etdi, “Qarabağ”ın rəqibinin baş məşqçisinə yol açıldı
- Riçard Almeyda və Adama Diakabi ölkə kubokunun finalından sonra "Qarabağ"dan ayrılacaqlar
- Elmir Rəhimzadə: "1-2 komanda var ki, onlar bu mübarizədən kənarda qalacaq"
0
0