"Bavariya"dan rekord - 34 qolla zirvədə
29.10.2023 - 10:58

“Bavariya” Bundesliqada rekorda imza atıb.
Apasport.az xəbər verir ki, Münhen klubu çempionatın 9-cu turunda rəqibi "Darmştadt"ı 8:0 hesabı ilə məğlub edib.
Bununla da Tomas Tuxelin yetirmələri Almaniya çempionatı tarixində ilk 9 Bundesliqa oyunundan sonra 34 qol vuran ilk komanda olub. Titulun son qalibləri bu müddətdə öz qapısından cəmi 7 qol buraxıb.
Qeyd edək ki, hazırda 23 xalla turnir cədvəlinin zirvəsində yer alan “Bavariya” ən yaxın rəqibi olan “Bayer”i 1 xal qabaqlayır. Münhen təmsilçisindən bir oyun əskiyi olan Leverkuzenlilər isə bu gün "Frayburq"u qəbul edəcək.
- Paris-2024: Təmsilçimizin çıxış edəcəyi yarış təxirə salınıb
- Cənubi Afrika klubunun üzvləri Bakıya səfər ediblər
- “Qalatasaray” Trabzon səfərindən 3 xalla qayıdır
- Arif Əsədov: “Aşağı yaş millilərimizin ardıcıl məğlub olmaları təsadüfi deyil”
- “Kəpəz” darmadağın oldu, "Qarabağ"dan səfər qələbəsi - YENİLƏNİB
0
0