“Bavariya”nı İngiltərə klubuna dəyişə bilər
06.06.2022 - 20:23
“Bavariya”nın hücumçusu Serj Qnabri İngiltərəyə köçə bilər.
Apasport.az saytının məlumatına görə, 26 yaşlı ön xətt oyunçusu Münhen təmsilçisi ilə gələn ilin yayına qədər olan müqaviləsini yeniləməyə hələlik razılıq verməyib.
“Real” və “Arsenal”dan sonra “Mançester Yunayted” də Almaniya millisinin üzvü uğrunda mübarizəyə qoşulub. İndiki durumda Premyer Liqa təmsilçiləri daha şanslı görünür. Çünki Qnabri özü də karyerasını İngiltərədə davam etdirmək arzusundadır.
Qeyd edək ki, Serj Qnabri 2017-ci ildən “Bavariya”da çıxış edir.
- "Sabah" "Naxçıvan"la üz-üzə, "Gəncə" "Sumqayıt"ı qəbul edəcək
- Hakimliyə yeni cəlb olunan şəxslər üçün seminar keçirilib
- "Qarabağ"ın legioneri həftənin ən yaxşısı adına namizəddir
- Millimizin üzvü: "Hədəflərim arasında ən birincisi Avropada oynamaqdır" - Müsahibə
- PFL-in icraçı-direktoru UEFA tərəfindən təyinat alıb
0
0