"Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem İspaniya çempionatının qarşıdakı 2 oyununda komandasına kömək edə bilməyəcək.
Apasport.az "Marca"ya istinadla xəbər verir ki, La Liqa rəhbərliyi futbolçunu 2 oyunluq cəzalandırıb.
Xatırladaq ki, çempionatın son turunda Bellinqem “Valensiya” ilə matçda “Real”a qələbə qazandıran qolu vursa da, top havada olarkən matçın hakimi final fitini səsləndirib.
Qırmızı vərəqə alan ingilis hakimlə emosional mübahisə etməyə başlayıb. La Liqa bu qayda pozuntusuna görə futbolçunu iki oyunluq cəzalandırmaq qərarına gəlib.
Qeyd edək ki, Bellinqem 16 qolla İspaniya çempionatının bombardiri olaraq qalır.
- Cüneyt Biçer: "Toral Bayramov və Mahir Emreli ilə yenidən birlikdə işləmək istəyərdim" - Müsahibə
- Ayxan Abbasov: “Biz "Qarabağ"la müqayisə ediləsi deyilik”
- Fransa millisinin üzvü rəsmən “Atletiko”da
- Deşam ardıcıl 2 mundial finalına komanda çıxaran 4-cü məşqçi oldu
- Volkan Demirelin yeni ünvanı bəlli olub