“Fənərbaxça”ya 25 milyonluq təklif
24.10.2023 - 14:17
“Fənərbaxça”nın futbolçusu Ferdi Kadıoğlu “Napoli”nin transfer siyahısında yer alıb.
Apasport.az xəbər verir ki, İtaliya klubu türkiyəli oyunçunu mövsümlərarası fasilədə heyətinə qatmağı planlaşdırır.
A seriyası təmsilçisinin skautları “Fənərbaxça”nın “Hatayspor”la qarşılaşmasında Ferdinin oyununu bəyəniblər. “Napoli” 24 yaşlı yarımmüdafiəçi üçün “sarı-lacivərdlilər”ə 25 milyon avro təklif edəcək.
Qeyd edək ki, mərkəz oyunçusunun klubla müqaviləsi 2026-cı ildə başa çatacaq.
- Atletika üzrə Bakı birinciliyi keçiriləcək
- Qurban Qurbanov: “Onların yaxşı formada olması, oyunumuzu asanlaşdıra bilərdi” - MÜSAHİBƏ
- Olimpiya çempionlarımız Qarabağa səfər ediblər - FOTO
- “Kəpəz”in kapitanı: “Adil Şükürovun gəlişi ilə daha yaxşı oynamağa başlamışıq” - Müsahibə
- Neymarla Verratti məşqdən kənar qaldı
0
0