Belotti daha iki il “Roma”da
25.06.2023 - 22:07
![Belotti daha iki il “Roma”da](https://apasport.az/storage/news/2023/june/25/big/6498700fa0e6b6498700fa0e6c16877117596498700fa0e696498700fa0e6a.jpg)
“Roma” komandanın hücumçusu Andrea Belotti ilə yeni müqavilə imzalayıb.
Apasport.az-ın məlumatına görə, yeni müqavilə 2025-ci ilin sonunadək nəzərdə tutulub.
Yeni müqaviləni imzaladıqdan sonra Belotti “Roma”da qalmasından məmnun olduğunu bildirib: “Bu, inanılmaz hissdir. “Roma”nın heyətində olmaqdan qürur duyuram. Bir il əvvəl burada başlanan yolun davam etməsi daha məntiqli idi”.
Qeyd edək ki, forvard 2022/23 mövsümündə “Roma”nın heyətində 47 oyun keçirib. O, bu görüşlərdə 4 qol və 2 ötürmə ilə yadda qalıb.
0
0