"Benfika"nın müdafiəçisi "Real"ın hədəfində
24.01.2025 - 10:18
!["Benfika"nın müdafiəçisi "Real"ın hədəfində](https://apasport.az/storage/news/2025/january/24/big/679331f17e28e679331f17e28f1737699825679331f17e28c679331f17e28d.jpg)
Portuqaliya çempionatı təmsilçilərindən "Benfika"nın sol cinah müdafiəçisi Alvaro Fernandes "Real Madrid"in hədəfinə çevrilib.
Apasport.az "Diario AS"a istinadla xəbər verir ki, Madrid klubu ispan futbolçunu transfer etməkdə israrlıdır. Lakin transfer qiyməti - 50 milyon avro onun La Liqa nəhənginə keçidinə ciddi maneə ola bilər.
21 yaşlı futbolçu ilə daha əvvəl "Barselona" və "Mançester Yunayted"in maraqlandığı bildirilirdi.
Alvaro 2024-cü ilin yayında "qırmızı şeytanlar"dan Lissabon klubuna keçmişdi.
Qeyd edək ki, Fernandes "Real" akademiyasının yetirməsidir.
0
0