Benzema, Kante və Jota...
04.07.2023 - 01:51

“Əl-İttihad” portuqaliyalı hücumçu Jota Neveşi transfer edib.
Apasport.az-ın məlumatına görə, “Seltik” bu keçiddən 30 milyon avro qazanıb.
Jota ilə 2026-cı il iyunun sonunadək müqavilə imzalanıb. Forvard Şotlandiya çempionatının son mövsümündə 15 qol və 12 ötürmə ilə yadda qalıb. 24 yaşlı futbolçunun klubla 2027-ci ilədək müqaviləsi olsa da, sərfəli təklifdən imtina olunmayıb.
Qeyd edək ki, “Əl-İttihad” Kərim Benzema və Nqolo Kanteni də heyətinə cəlb edib.
- Krakov-2023: Yığmamızdan məğlubiyyətlə start - YENİLƏNİB
- "Liverpul" Kloppun yerinə iki yeni namizəd seçib
- Qara Qarayev: "Futbolçular Çempionlar Liqasının himni altında meydana çıxmağı gözləyirdi"
- “Renn” baş məşqçisi ilə yollarını ayırdı
- “Neftçi”dən səfər qələbəsi, derbidə məhsuldar heç-heçə - YENİLƏNİB
0
0