Benzema “Sevilya” ilə oyunu buraxacaq
22.10.2022 - 16:24
İspaniya La Liqasının XI turunda “Sevilya” ilə qarşılaşacaq “Real” ciddi itki ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, hücumçu Kərim Benzema sıradan çıxıb.
Son məşqi yarımçıq tərk edən 34 yaşlı fransalı forvard tibbi müayinədən keçib. Benzemada əzələ yorğunluğu diaqnozu qoyulub. Məşqçilər korpusu “Sevilya” ilə bugünkü görüşdə onun xidmətindən istifadə etməmək qərarına gəlib.
Qeyd edək ki, “Real” – “Sevilya” qarşılaşması Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
- "Dinamo Zaqreb"dən "Qarabağ"a - Rəsmi
- "Tottenhem"dən böyükhesablı qələbə, Mançesterdə qalib müəyyənləşmədi
- Emin Əmrullayev FIBA-nın Bəhreyndəki Konqresində iştirak edir
- UEFA “Olimpiakos”u cəzalandırdı: “Qarabağ”la oyunda tribuna bağlı olacaq
- Yığma oyunçusunun yayda evi qarət olundu, indi xəbər tutdu
0
0