
"Fənərbaxça"nın futbolçusu Cengiz Ünder Türkiyədə klubunu dəyişməyə çox yaxındır.
Apasport.az xəbər verir ki, İstanbul klublarından "Beşiktaş" futbolçunu heyətinə cəlb etmək istəyir.
"Sarı-lacivərdlilər" 27 yaşlı futbolçunun icarəyə göndərilməsinə müsbət yanaşır.
Belə ki, "Beşiktaş" artıq həm "Fənərbaxça", həm də futbolçu ilə razılaşıb.
"Beşiktaş" "Fənərbaxça"da illik 4,2 milyon avro qazanan Cengiz Ünderi satın alma variantı ilə 1,5 il müddətinə icarəyə götürəcək.
"Qara-ağlar"ın futbolçuya ümumilikdə 4 milyon avro ödəyəcəyi bildirilib.
Bu mövsüm 7 matçda 161 dəqiqə meydanda olan Cengiz Ünderin qısa müddətdə "Beşiktaş"la müqavilə imzalaması gözlənilir.
- Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün start tarixi bəlli olub
- Ayxan Abbasov: “Ən gərgin vaxtlara keçirik”
- "Difai"dən "uşaq" səhvi - NƏTİCƏSİ LƏĞV OLUNDU!
- Qubada cüdo məşqçiliyi üzrə təhsil alan tələbələr üçün nəzəri dərslərə start verilib - FOTO
- Kolumbiya millisinin üzvü addım-addım “Fənər”ə