“Beşiktaş” ona 2,5 milyon avro təklif etsə də...
16.01.2023 - 23:03
“Beşiktaş” heyətinə yeni futbolçu cəlb edə bilər.
Apasport.az saytı xəbər verir ki, İstanbul təmsilçisi “Konyaspor”a yarımmüdafiəçi Amir Hadziahmetoviçin transferi üçün 2,5 milyon avro təklif edib.
Konyalılar məbləğin az olduğundan razılıq verməyiblər. Lakin iki komanda arasında danışıqlar davam edir.
24 yaşlı bosniya və herseqovinalı oyunçunun ingilis klublarının da maraq dairəsində olduğu bildirilir.
Qeyd edək ki, 2016-cı ildən “Konyaspor”da oynayan Amir 169 oyunda 12 qol vurub, 14 assist edib.
- 2022-ci ilin bombardirləri açıqlandı: Kadi Borqes dünya ulduzlarını qabaqlayır
- Avropa Qızıl Liqası: Azərbaycan millisi mübarizəyə başlayır
- Millimizin AVRO-2025-dəki rəqibləri bəlli oldu - YENİLƏNİB
- Qadın voleybolçuların final mərhələsinin ilk oyunları baş tutdu
- Samir Abasov: “İşimiz başımızdan aşır”
0
0